Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıların məskunlaşdıqları qəsəbələrdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün imkanlar genişləndirilir

0

  • Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” haqqında Sərəncamının 3.3.7.5 (Mövcud idman infrastrukturunun müasirləşdirilməsi və ondan istifadə imkanlarının genişləndirilməsi) bəndinin icrası ilə bağlı olaraq Xocalı rayon İcra Hakimiyyəti və Xocalı Rayon Gənclər və İdman İdarəsi tərəfindən lazımi tədbirlər görülməkdədir.  Bu mənada xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində futbol meydançası salınmış, Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində "Xocalı Cudo Klubu"nun, Goranboy şəhərində "Fitnes Klub"nun, Pirşağıdakı "Xocalı İdman Klubu"nun fəaliyyətinə dəstək göstərilmişdir. Qeyd edək ki, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları qəsəbələrdə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə parklar salınmışdır. Gələcəkdə bu yönümdə işlərin aparılması üçün müzakirələr aparılmışdır. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib45 dəfə
    Xocalıların məskunlaşdıqları qəsəbələrdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün imkanlar genişləndirilir

    Maraqlı gələ bilər
    46
    67
    41
    58